Ukraynalı yazıçı milli seçimdə “Eurovision”un iştirakçılarını tənqid etdi – rus dilinə görəbackend

Ukraynalı yazıçı milli seçimdə "Eurovision"un iştirakçılarını tənqid etdi - rus dilinə görə

Ukraynalı yazıçı Larisa Nitsoy milli seçimdə iştirak edən “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin iştirakçılarını və münsiflər heyətini tənqid edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda o, “Facebook” səhifəsində yazıb.

Yazıçının fikrincə, rusdilli seçim iştirakçısı Assol (Yekaterina Qumenyuk) İngiltərədə oxumağına baxmayaraq hələ də Ukrayna dilinə hörmət etməyi öyrənməyib.

O, həmçinin rus dilində danışan milli seçim mütəxəssislərini və redaktorlarını “keçi” adlandırıb.

Larisa, xüsusilə prodüser Ruslan Kvintanın, pop sənətçisi Andrey Danilkonun və epataj dirijor Verka Serdyuçin adlarını çəkib.

Yazıçı “Eurovision-2018”in iştirakçısı Melovini dərhal Ukrayna dilində danışdığına görə tərifləyib.

Bundan əvvəl o, Ukraynada dəfələrlə rus dilinə qarşı kəskin şəkildə çıxmışdı.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*