Ukraynalılar Xersona girməyiblər: rezonans doğuran VİDEO saxta çıxdıbackend

Ukraynalılar Xersona girməyiblər: rezonans doğuran VİDEO saxta çıxdı

Ukrayna Silahlı Qüvvələrinin Rusiya qoşunlarının işğal etdiyi Xersona daxil olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bunu cümə günü günortadan sonra yayılan rezonanslı videonu şərh edən vilayət hərbi administrasiyası rəhbərinin müşaviri Sergey Xlan bildirib.

“Mətbuatda Silahlı Qüvvələrimizin Xersona daxil olmasını əks etdirən video çıxdı. Bunun doğru olmasını istərdim, amma təəssüf ki, hələlik belə bir şey yoxdur. Yalnız obyektiv informasiyalar düzgün qərarların çıxarılmasına kömək edəcək. Ona görə də saxta məlumatları yaymayacağıq. Biz hamımız Silahlı Qüvvələrimizin əks-hücumunu gözləyirik. Bu, mütləq olacaq, inanın”, – o, Facebook səhifəsində yazıb.

Xlan təsdiqləyib ki, Ukrayna Silahlı Qüvvələri həqiqətən də Xersona doğru irəliləməkdə taktiki uğura malikdir və bu, azadlığa çıxmaq istəyən şəhər sakinlərinə ikinci nəfəs və inam verir.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*