backend

Ukraynalı erməni nazirin qanı coşdu: “Kiyev Qarabağ münaqişəsi tərəflərindən heç birinə hərbi yardım göstərməyəcək”

Ukrayna daxili işlər naziri, milliyyətcə erməni olan Arsen Avakov Kiyevin Qarabağ münaqişəsi tərəflərindən heç birinə hərbi yardım göstərməyəcəyini söyləyib.

KONKRET.az xəbər verir ki, bu haqda o, “Twitter”də yazıb.

“Ancaq hər iki tərəf üçün tibbi yardım göstərilə bilər. Bu da bir çox deputatların xəyalıdır”, Avakov bildirib.

Daha əvvəl də xəbər verildiyi kimi, “Xalqın xidmətçisi” fraksiyasından olan ukraynalı deputat Lyudmila Marçenko deyib ki, ehtiyac yaranarsa, Ukrayna Azərbaycana hərbi yardım göstərə bilər.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*