“Ukraynanın suverenliyinə qarşı növbəti təcavüz Rusiyaya baha başa gələcək” – Merkel hədələdibackend

"Ukraynanın suverenliyinə qarşı növbəti təcavüz Rusiyaya baha başa gələcək" - Merkel hədələdi

Angela Merkel Ukrayna ətrafında vəziyyətin gərginləşdiyi zaman yeni sanksiyaları istisna etməyib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, Ukraynanın şərqində və onun ətrafında vəziyyət gərginləşərsə, Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olmalıdır. Eyni zamanda, xanım Merkel qeyd edib ki, münaqişənin deeskalasiyasına üstünlük verilməlidir.

“Ukraynanın suverenliyinə qarşı növbəti təcavüz Rusiyaya baha başa gələcək”, – Angela Merkel Berlində Polşanın baş naziri Mateuş Moraviecki ilə birgə mətbuat konfransında bildirib. Kansler həmçinin bildirib ki, Avropa İttifaqı Belarusun “miqrantlardan silah kimi istifadə etməsi” və Rusiya qoşunlarının Ukrayna ilə sərhədi yaxınlığında yerləşdirilməsi məsələlərində qüvvələrini birləşdirməlidir.

Bundan əvvəl ABŞ-ın bir sıra KİV-ləri məlumat vermişdilər ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya müdaxiləsini ehtimal edir. Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov bildirib ki, hərbi əməliyyat yanvarın sonu və ya fevralın əvvəlində başlaya bilər və buna hazırlaşmaq üçün Rusiya Ukraynada mitinqlər təşkil edir. Kreml yaxınlaşan işğalla bağlı xəbərləri dezo adlandırıb və bunun “aqressiv niyyətləri ört-basdır etmək üçün kamuflyaj” olduğunu istisna etməyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*