Avropa Komissiyası Ukraynaya təzminat krediti ayrılması ilə bağlı konsepsiyanı təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu kredit Avropa İttifaqı ölkələrində dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilə bilər.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.
Onun sözlərinə görə, aktivlərin müsadirəsi ilə bağlı konkret tədbirlərin müzakirəsi dekabr ayında Aİ Şurasında aparılacaq. Qərarın qəbulu üçün konsensus tələb olunmur. Yalnız üzv dövlətlərin ixtisaslaşmış çoxluğu kifayət edir.
Eyni zamanda, Avropa Komissiyası alternativ maliyyələşdirmə mexanizmi də hazırlayıb. Bu model Avropa İttifaqının büdcə zəmanətləri əsasında borclanmanı nəzərdə tutur və Ukraynanı Rusiya aktivlərini birbaşa müsadirə etmədən dəstəkləməyə imkan verəcək ehtiyat fondudur.
Müşviq Tofiqoğlu
KONKRET.az
