Ukraynaya daha öldürücü silahlar veriləcək – Conson Putinə qarşı HƏRƏKƏTƏ KEÇDİbackend

Ukraynaya daha öldürücü silahlar veriləcək - Conson Putinə qarşı HƏRƏKƏTƏ KEÇDİ

“Böyük Britaniya Ukraynaya dəstəyin yeni mərhələsinə keçir, Ukraynaya daha öldürücü silahlar veriləcək”.

KONKRET.az The Times-a istinadən xəbər verir ki, bununla bağlı Boris Conson Nazirlər Kabinetinə tapşırıq verib. Consonun bu addımı atmasına səbəb kimi isə Putinin durumu daha da gərginləşdirmə ehtimalı göstərilib.

Britaniya Müdafiə Qərargahının rəisi, admiral ser Toni Radakin qeyd edib ki, artıq bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır:

“Ukrayna ordusu təkcə iri şəhərləri işğaldan qorumur, o, həmçinin rusları geri çəkilməyə məcbur edir. Buna görə, dəstəyimiz də dəyişməlidir. Hökumət onu hansı hərbi texnika ilə təmin edə biləcəyini nəzərdən keçirir”.

Xatırladaq ki,  Britaniya kəşfiyyatı rus qoşunlarının Kiyevdən çıxarılmasının iki səbəbini açıqlayıb. Britaniyaya görə, Rusiya Kiyev vilayətindəki təşəbbüsünü itirib və onun Kiyevə hücumu istədiyi kimi nəticələnməyib.

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*