Rusiya-Ukrayna müharibəsində Moskvaya dəstək üçün göndərdiyi Su-30 təyyarələrinin əvəzinə Ermənistana Suriyadan 4 Su-30 qırıcısı göndərilib.
KONKRET.az bu barədə Haber Globala istinadən xəbər verir.
Məlumata görə, bu addım Ermənistanın sanksiyalara məruz qalmaması üçün atılıb. Çünki Ermənistanın Ukraynaya qarşı müharibədə Rusiyaya xüsusi təlim görmüş pilot və qırıcı göndərməsi dünya gündəmində də yer alıb və böyük narazılıqla qarşılanıb.
Qeyd edək ki, Rusiya həmin qırıcılardan müharibədə istifadə edib.
Xatırladaq ki, bundan əvvəl Suriya Prezidenti Bəşər Əsədin muzdlu qatillərinin və Hizbullah terror təşkilatı üzvlərinin Rusiya tərəfdən döyüşməsi üçün Ermənistana gətirildiyi və Erebuni hava limanından Mozdoka, oradan da Ukraynaya göndərildiyinə dair məlumatlar yayılmışdı.
Vəsilə İbrahim,
KONKRET.az
