Unun qiyməti son bir ildə altıncı dəfə qalxdıbackend

Unun qiyməti son bir ildə altıncı dəfə qalxdı

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Tacikistanda unun qiyməti qalxıb. Düşənbə sakinlərinin sözlərinə görə, son iki həftə ərzində 50 kiloqramlıq kisənin qiyməti 4 dollar artaraq 23 dollara çatıb.

Tacikistanın Antiinhisar Xidməti və yerli sahibkarlar növbəti sıçrayışı “xarici amil”lə əlaqələndiriblər – bu məhsulun idxal olunduğu Qazaxıstanda unun qiyməti artıb.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistan bütün ehtiyacını Qazaxıstandan gətirdiyi un və buğda ilə ödəyir. Son illərdə un tədarükü azalıb, əksinə buğda idxalı isə artıb. Bu, Tacikistanda hazırda una olan tələbatın 90 faizini təmin edən yeni buğda emalı müəssisələrinin açılması ilə əlaqədardır. Tacikistan əhalisini təmin etmək üçün ildə ən azı 1,7 milyon ton buğda istehsal edilməlidir.

Tacikistan Antiinhisar Xidməti isə bildirib ki, qonşu idxalçı ölkədə unun qiyməti son bir ildə 20% artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*