Uqanda çəyirtkə hücumuna məruz qaldıbackend

Uqanda çəyirtkə hücumuna məruz qaldı

Uqandaya ötən gün ölkənin şimal-şərqindən səhra çəyirtkələrinin axını başlayıb.

KONKRET.az “New Vision”a istinadən xəbər verir ki, hökumət fövqəladə iclas keçirərək müvafiq tədbirlər planını təsdiq edib. Bu gündən çəyirtkənin yayıldığı sahələrə havadan pestisidlər səpilməyə başlanılıb.

Hökumət çəyirtkəyə qarşı mübarizə tədbirlərinə 15 milyard şillinq (4,5 milyon ABŞ dolları) vəsait ayırıb. Həmin vəsait hesabına fermerlərə də müvafiq yardımlar ayrılacaq. Bununla yanaşı, çəyirtkənin gəldiyi Keniya hökumətilə təmaslara başlanılıb.

Qeyd edək ki, Uqandada son böyük çəyirtkə hücumu 70 il əvvəl baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*