ÜST-nin Baş direktoru İlham Əliyevə təşəkkür etdi – FOTObackend

ÜST-nin Baş direktoru İlham Əliyevə təşəkkür etdi - FOTO

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus vaksinlərin ədalətli paylanması ilə bağlı çağırışa görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

KONKRET.az xəbər verir ki, Qebreysus bu barədə öz tvitter hesabında yazıb.

“Prezident Əliyev, BMT-nin İnsan Hüquqları Şurasında ədalətli, əlverişli, vaxtında və universal şəkildə “COVID-19” peyvəndlərinə çıxışın əldə olunması ilə bağlı çağırışdakı liderliyinizə görə sizə təşəkkür edirəm. Razıyam ki, biz vaksinlərin ədalətli paylanmasını təmin etmək üçün daha çox iş görməliyik. Peyvənd və sağlamlıq təminatı üçün birlikdə!”,- deyə ÜST Baş direktoru qeyd edib.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*