“Üzeyir Hacıbəyli” gəmisi təmirdən sonra istifadəyə verildibackend

“Üzeyir Hacıbəyli” gəmisi təmirdən sonra istifadəyə verildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid və beynəlxalq sularda üzən “Üzeyir Hacıbəyli” quru yük gəmisinin əsaslı təmiri yekunlaşıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı qurum məlumat yayıb.

Bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları) təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri abraziv qumla tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən xarici sulara yola salınıb. Belə ki, “Üzeyrir Hacıbəyli” quru yük gəmisi bu gün Türkmənistanın Bektaş limanından yük götürərək, Türkiyənin Gebze limanına doğru yola düşəcək.

Qeyd edək ki, “Üzeyir Hacıbəyli” gəmisi 2014-cü ildən üçrəngli bayrağımız altında Xəzərdənkənar sularda istismar olunur. Bu gəminin uzunluğu 108,33, eni 16,74 metrdir, yükgötürmə qabiliyyəti isə 5200 tondur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*