“Vado Korovinin kürəkəni zəng vurdu və işimə xitam verildiyini bildirdi” – Rövşanə Ağasəfqızıbackend

“Vado Korovinin kürəkəni zəng vurdu və işimə xitam verildiyini bildirdi” - Rövşanə Ağasəfqızı

Aparıcı Rövşanə Ağasəfqızının “Space” televiziyasındakı işinə xitam verilib.

KONKRET.az xəbər verir ki, bu barədə aparıcı Axşam.az-a açıqlamasında bildirib. O, heç bir səbəb olmadan kanaldan uzaqlaşdırıldığını qeyd edib:

“Hazırda məzuniyyətdəyəm. Bu gün “Space TV”nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə söyləmədi. Mənim üçün gözlənilməz oldu. Maraqlı layihə olarsa, iş təkliflərini dəyərləndirməyə hazıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*