Vaksin vurdurmaq orucu pozurmu? – AÇIQLAMAbackend

Vaksin vurdurmaq orucu pozurmu? - AÇIQLAMA

Türkiyədə Dəyanət İşləri İdarəsi peyvəndin oruca təsiri barədə sualı cavablandırıb.

KONKRET.az bu barədə Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir.

“Qida dəyəri olmayan peyvəndlər orucu pozmaz. Müalicəsi davam edən xəstələr sağlamlıqlarını bərpa edib müalicələrini bitirənə qədər oruclarını təxirə sala bilərlər”, – deyə bildirilir.

Eyni zamanda, qeyd edilir ki, oruc tutulmasına başqa maneə yoxdursa, iynələri iftardan sonra vurdurmaq məqbul sayıla bilər.

Türkiyə Ailə Həkimləri Dərnəkləri Federasiyasının (AHEF) sədr müavini Hacı Yusif Eryazğan bildirib ki, epidemiyanın sona çatması üçün gərək peyvəndləmə prosesini ləngitməyək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*