Vaksinasiya ilə bağlı son vəziyyətbackend

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 775 vaksin vurulub.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 262, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 811, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 702 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 498 372, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 184 045, ikinci mərhələ üzrə 4 695 326 nəfər təşkil edir.

Ümumilikdə isə 1 619 001 “buster” doza vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*