Vaqarşak Arutyunyan jurnalistləri basıb keçdibackend

Vaqarşak Arutyunyan jurnalistləri basıb keçdi

Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyan dünən parlamentə gələrkən onu xüsusi mühafizəçilər müşaiyət edib. Dəhlizdə jurnalistlər ona yaxınlaşmaq istəsələr də, mühafizəçilər buna imkan verməyib. Mühafizəçilərdən biri jurnalisti itəliyərək “Jurnalist olduğunuz aydındır, imkan verin adam keçsin də”, – deyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Panorama.am” məlumat yayıb. Məlumatda daha sonra deyilir ki, jurnalistlər Vaqarşak Arutyunyandan Azərbaycanda saxlanılan məhkumların vətənə qayıtması ilə bağlı açıqlama və “Mənim addımım” fraksiyasınən deputatının “30 ildir ordumuz yoxdur” ifadəsi ilə bağlı suallara cavab almaq istəyiblər. Sonradan jurnalistlərə bildirilib ki, “Bütün sualları yazılı şəkildə Nazirliyə göndərin. Ən qısa zamansa suallarınız cavablandırılacaq”.

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*