Vaqif Abdullayevin yeni kitabı işıq üzü görübbackend

Vaqif Abdullayevin yeni kitabı işıq üzü görüb

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin yeni kitabı işıq üzü görüb.

KONKRET.az xəbər verir ki, bu haqda müəllifin özü məlumat verib. Onun yeni çapdan çıxmış kitabı haqda fikirlərini təqdim edirik:

Hörmətli oxucular, Bu günlərdə Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” adlı yeni kitabım capdan çıxıb.

Kitabda Azərbaycan və İsrail arasındakı tarixi dostluq əlaqələrinə, yәhudi vә Azәrbaycan xalqları arasında әnәnәvi tarixi və mәdәni köklәrә әsaslanan sarsılmaz dostluq vә qardaşlığa, iki ölkәnin ictimai-siyasi, iqtisadi-sosial, elmi-humanitar münasibətlərinin müasir vəziyyətinə diqqәt yetirilib.

Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri İsrail olub, 1992-ci ilin aprelində diplomatik əlaqələr qurulsa da siyasi münasibətlər 1993-cü ildən sonrakı dövrə təsadüf edir.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə, eləcə də müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə İsrail və Azərbaycan xalqları arasında tarixi dostluğun inkişafına xüsusi diqqət yetirmiş, humanizm prinsiplərinə söykənərək İsrail dövləti və xalqına dərin hörmət və ehtiramını nümayiş etdirmişdir.

Cənab Prezident İlham Əliyev də İsrail dövləti ilə münasibətlərə xüsusi önəm vermiş, əlaqələrin strateji zirvəyə yüksəlməsinə təkan verən qətiyyətli siyasət yürütmüşdür. Eləcə də Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın humanizm diplomatiyasında İsrail xalqına və mədəniyyətinə yüksək hörmətin bariz ifadəsini görmək mümkündür.

Azərbaycanın İsraildə səfirliyinin açılması müəyyən geosiaysi səbəblərdən ləngisə də son 30 ildә iki ölkə arasında əlaqələr bütün istiqamətlərdə möhkәmlәnәrәk əsil dostluq zirvәsinә çatmış və 2023-cü il martın 29-da Təl-Əvivdə Azərbaycanın diplomatik korpusu fəaliyyətə başlamışdır.

Bu kitabın ərsəyə gəlməsində də bu mühüm tarixinin hadisə, eləcə də ötən ili mayın 30-da İsrail Prezidenti  İsxak Hersoqun Azərbaycan səfəri və imzalanan mühüm sazişlərdən meydana çıxan yeni reallıqarın böyük rolu oldu və Azәrbaycan-İsrail siyasi münasibәtlәrinə müxtəlif rakursdan elmi-politoloji təhlil və yanaşma əsasında müasir baxış ortaya qoyuldu.

Təəssüf ki, kitabın hazırlandığı bu il yarım ərzində İsrail və Fələstin Muxtariyyəti arasında baş verən münaqişə bölgədə sabitliyin pozulmasına səbəb oldu və hər birimiz bu münaqişənin tezliklə sülhlə başa çatmasını arzulayırıq.

Onu da qeyd edim ki, “Azərbaycan-İsrail” Cəmiyyətinin təşəbbüskarlığı sayəsində kitab həm də ivrit dilində nəşr edildi.

Əziz oxucular, “Dostumuz, müttəfiqimiz” kitabının yaxın günlərdə təqdimat mərasimi keçiriləcəkdir və bu barədə sizə məlumat veriləcək.

Kitabın həm Azərbaycan, həm də İvrit dilində elektron formada – PDF variantı ilə aşağıdakı link keçidi ilə tanış ola bilərsiniz:

file:///C:/Users/User/Downloads/Kitab%20%C4%B0srail%20TM%20Son++.pdf

file:///C:/Users/user/Downloads/Ivrit%20dilinde%20sagda%20-%20sola%20kitab.pdf

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*