Vardevanyan: “Demokratiyadan uzaqlaşmaq üçün bütün addımları atırıq”backend

Vardevanyan: "Demokratiyadan uzaqlaşmaq üçün bütün addımları atırıq"

“Dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında xidmət edən şəxsin təhqir olunmasına və ya böhtan atılmasına görə cəzanın tətbiqi layihəsi klassik siyasi repressiya vasitəsi ola bilər”.

KONKRET.az xəbər verir ki, bunu konstitusiya hüququ üzrə mütəxəssis, vəkil Aram Vardevanyan NEWS.am-a verdiyi müsahibəsində deyib.

A.Vardevanyan bildirib ki, hələ 2000-ci illərdə belə bir maddə Cinayət Məcəlləsindən çıxarılmışdı:

“Avropa Şurasına üzv olmaqla əlaqədar bu cür cinayətlər dekriminallaşdırıldı. Bunun ardınca ümumiyyətlə, təhqir və böhtanın dekriminallaşdırılması baş verdi. Bu məntiqli idi və Avropa Şurasının tələbi deyildi. Təhqir və böhtan hər kəsin öz yolu ilə həll edə biləcəyi dar, subyektiv qiymətləndirmə suallarıdır”.

Onun fikrincə, Ermənistan Respublikası demokratiyadan uzaqlaşmaq üçün bütün mümkün addımları atır: “Avropa ölkələrinin səfirliklərinin bu layihəyə dair mövqeyi maraqlıdır, çünki bir zamanlar onların səyləri ilə təhqir və böhtan məcəllədən kənarlaşdırılmışdı”.

Vəkil vurğulayıb ki, bu gün bir dövlət qulluqçusunun təhqir olunması halında inzibati və hüquqi təsir vasitəsi mövcuddur: “Məsələn, Sudanın hüquqi mədəniyyətini tətbiq edən bir ölkə olmaq istəyiriksə, o zaman heç bir problem yoxdur. Bu vəziyyətdə sadəcə Konstitusiyanı dəyişdirəcəyik”.

Vəkil bu dəyişikliyin söz azadlığının tamamilə məhdudlaşdırıldığını vurğulayıb: “Avropa Məhkəməsində dövlət qulluqçularının sərt tənqidə dözümlü olmaları lazım olduğunu söyləyən onlarla presedent var. Bəzən sərt tənqid özündə təhqiri də ehtiva edir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*