backend

Vasif Talıbova yaxın olan məmurların kimliyini necə öyrənmək olar? - İLGİNC DETALLAR 

Azərbaycan xalqı Qarabağın 30 illik işğaldan azad olunmasını necə bayram edirdisə, naxçıvanlılar da Vasif Talıbovun gedişinə eyni cür sevinir. Bu gün Naxçıvan “xan”ın işğalından azad edilməsi ilə yeni mərhələyə qədəm qoyur. Naxçıvanın bundan sonra böyük inkişaf yolu keçəcəyi, ölkəni əhatə edən islahatlar dalğasından naxçıvanlılara da pay düşəcəyi şübhəsizdir. Amma Vasif Talıbov və övladlarının orada törətdiyi özbaşınalıqları və qanunsuzluqları Naxçıvan əhli illər keçsə də, unutmayacaq.

  • Vasif Talıbova gəlincə, hesab edirəm ki, vəzifəsindən kənarlaşdırılmaqla o, ən böyük cəzanı alıb. “Xan” üçün taxtdan salınmasından böyük zərbə ola bilməz. Üstəlik naxçıvanlıların və Azərbaycan dövlətinin hesabına qazandığı haram pullar, mal-mülk, bahalı avtomobil kolleksiyaları, şirkətlər və sair əmlaklar Talıbovlardan geri alınır. Vasif Talıbovun oğlanları, qızı, qayınanası, yeznəsi, qudası və mühüm postlarda olan digər qohum-əqrəbası da vəzifəsindən kənarlaşdırılır. Bir sözlə, çərxi-fələk Talıbovların əleyhinə işləyir və “Dövlət baba”nın “yumruğu” öz sözünü deyir. Ümid edirik ki, baş verən hadisələr özünə “imperiya” quran digər harın məmurlara da bir dərs olacaq. Ancaq bu, ayrı mövzusun müzakiəsidir.

Söhbət Talıbovlardan düşmüşkən, heç kimə sirr deyil ki, Naxçıvan “xanı”nın qılıncının arxası da kəsən vaxtlarında onunla dostluq etməyə, münasibət qurmağa çalışan bir çox yüksək vəzifəli məmurlar indi yamanca narahatdırlar və əl-ayağa düşüblər. Bir zamanlar Vasif Talıbovun məclislərində onun şərəfinə badə qaldıranların indi onun arxasınca “tost” söyləmələri təəccüblü deyil. Bununla özlərini kənara çəkmək, cəzadan yaxa qurtarmaq və ya vəzifələrini qoruyub-saxlamaq istəyirlər. Ancaq necə deyərlər, “daldan atılan daş topuğa dəyər”, CƏNABLAR! Vaxtilə Talıbovun qoltuğunun altına girərək “mandat” sahibi olanlar, “xan”a sığınaraq vəzifə əldə edənlər təşviş içərisindədirlər. Səbəb isə çox sadədir. Bu şəxslər Talıbovlara hektarlarla torpaq sahələrini, dəyəri milyonlarla ölçülən villaları, yaxud bahalı retro avtomibilləri “peşkəş” edərək, öz kreslolarını bərkidiblər. Bir sözlə Talıbovun cinayətlərinə ortaq olduqlarını da söyləmək mümkündür. Ona görə də Talıbovlarla eyni aqibəti yaşayacaqlarından qorxuya düşərək indi əks mövqe sərgiləyirlər. Amma “Dövlət baba” hər şeydən xəbərdardır və kimin nə mal olduğunu yaxşı bilir. Odur ki, “dəmir yumruğ”un tezliklə həmin məmurların başına dəyəcəyi gözləniləndir. Artıq yerli mətbuatda Talıbova yaxınlığı ilə seçilən bir çox məmurlar haqda məlumatlar da dərc olunub. Ancaq Talıbovların məclislərinin başında oturanların kimliyini sadə bir yolla müəyyən etmək mümkündür. Bunun üçün 1960-cı ilin 14 yanvar tarixində dünyaya göz açan Vasif Talıbovun ad günündə iştirak edənlərin siyahısına nəzər yetirmək kifayətdir. Ötən il Talıbovun ad günündə Bakıdan Naxçıvana təyyarə ilə birbaşa uçan şəxslərin siyahısını əldə etməklə, hansı məmurların keçmiş “xan”la səmimi və isti münasibətdə olduğunu müəyyənləşdirə bilərsiniz. Bu siyahını yəqin ki, AZAL və onun rəhbəri Cahangir Əsgərov açıqlaya bilər. Əminəm ki, həmin təyyarədə olanların kimliyi hər birinizi şoka salacaq.

Ardı var…

KONKRET.az-ın ANALİTİK QRUPU        

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*