Vatikanda ilk dəfə yüksək vəzifəyə xanım təyin edildibackend

Vatikanda ilk dəfə yüksək vəzifəyə xanım təyin edildi

Roma Papası Fransisk Vatikanın dövlət katibinin müavini vəzifəsinə (xarici işlər naziri) Françeska Di Ciovannini təyin edib.

KONKRET.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Vatikanın Dövlət Katibliyində (hökumətində) ilk dəfədir bir xanıma belə yüksək vəzifə verilir.

Qeyd edək ki, inzibati hüquqi məsələlər üzrə mütəxəssisi olan 66 yaşlı Françeska Di Ciovanni 30 ilə yaxındır Vatikanda çalışır, 1993-cü ildən katibliyin əməkdaşı qismində qaçqınlar və beynəlxalq humanitar hüququ məsələləri, əqli mülkiyyət, turizm, qadın hüquqları kimi məsələlərlə məşğul olub.

Katolik kilsəsində qadınlara daha geniş fəaliyyət meydanı verilməsinin zərurətini dəfələrlə vurğulayan Papa Fransisk dövründə Vatikan muzeylərinin rəhbəri vəzifəsinə ilk dəfə olaraq bir xanım – Barbara Yatta irəli çəkilib. Həmçinin Vatikanın məşvərət qurumlarında da qadınlara mühüm vəzifələr verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*