Vəliyevlərin şirkəti bağlanırbackend

Vəliyevlərin şirkəti bağlanır

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı oğlunun şirkəti bağlanır.

KONKRET.az-ın “Ölkə.Az”a istinadən məlumatına görə, 12.10.2001 tarixində dövlət qeydiyyatına alınan “Independent” MMC ləğv olunur.

Hüquqi ünvanı Mingəçevir şəhəri, Gəncə Şossesi, ev 19, nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Ruslan Şahmar oğludur.

Mətbuatda R.Vəliyevin Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin oğlu olduğu qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*