Velosipedçi körpüdən çaya düşərək öldübackend

Velosipedçi körpüdən çaya düşərək öldü

Astarada bədbəxt hadisə baş verib.

KONKRET.az xəbər verir ki, hadisə axşam saatlarında Astara rayonunun dağlıq kəndi olan Pəlikeşdə baş verib.

Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə hərəkətdə olarkən körpü üzərində müvazinətini itirərək Şümrüd çayına düşüb.

Olman Şükürov aldığı xəsarətlərdən ölüb. Onun meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, sözügedən körpünün hündürlüyü 6-7 metr, uzunluğu 3-4 metrdir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*