Vətən müharibəsində şəhid olan baş leytenant Tərtərdə dəfn edilib FOTObackend

Vətən müharibəsində şəhid olan baş leytenant Tərtərdə dəfn edilib - FOTO

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, baş leytenant Qənbər Qənbərli dəfn edilib.

KONKRET.az xəbər verir ki, mərhum doğulduğu Tərtər rayonunun Kəngərli kəndində torpağa tapşırılıb.

Şəhidin dəfin mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

M.Məmmədov Azərbaycan bayrağını şəhidin atası Bəhruz Qasımova təqdim edib.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*