Vətənindən başqa kimsəsi olmayan Əmrahın şəhid xəbəri TƏSDİQLƏNDİbackend

Vətənindən başqa kimsəsi olmayan Əmrahın şəhid xəbəri TƏSDİQLƏNDİ

Vətən müharibəsində itkin düşən daha bir əsgərimizin nəşi tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, II Qarabağ müharibəsində itkin düşən şəxslərin siyahısında adı olan Rajapov Əmrah XXX şəhid olduğu təsdiqlənib.

Qeyd edək ki, şəhidimiz 2000-ci ildə Gəncədə doğulub. Atasını kiçik yaşlarından itirən Əmrah, sonradan anası tərəfindən uşaq evinə verilib. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.

Əmrah Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*