Vəzifəli şəxs işdən çıxarıldı – Ramin Bayramlıdan ƏMRbackend

Vəzifəli şəxs işdən çıxarıldı - Ramin Bayramlıdan ƏMR

“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin rüşvətə görə cinayət işi başlanılan direktoru Nuru Nuriyev işindən müvəqqəti kənarlaşdırılıb.

KONKRET.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə direktor vəzifəsi Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılova həvalə edilib və o, Ağdaşa ezam olunub.

Həmçinin qeyd olunub ki, Yevlax RMX direktorunun vəzifəsinin icrası direktorun müavini, baş həkim Gülağa Əzizova həvalə edilib.

Qeyd edək ki, N.Nuriyev 20 ildən artıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra isə direktor işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*