Viktor Orban: “Ukrayna öz ərazisinin üçdəbirini itirəcək”backend

Viktor Orban: "Ukrayna öz ərazisinin üçdəbirini itirəcək"

Ukraynada silahlı münaqişə 2030-cu ilə qədər davam edəcək və Kiyev öz ərazisinin üçdəbirini, hətta yarısını itirəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, bu vaxta qədər Avropa İttifaqı da parçalana bilər.

Orban bu barədə sentyabrın 10-da Ketçe kəndində keçirilən qapalı iclasda çıxış edib.

Onun çıxışının təfərrüatlarını “Szabad Europa” dərc edib.

Baş nazir çıxışında bildirib ki, 2040-cı ilə qədər müsəlman ölkələrindən olan miqrantlar Avropa şəhərlərində çoxluq təşkil edəcək.

Orban qeyd edib ki, Ukraynadakı silahlı münaqişə lokal xarakter daşıyacaqdı, lakin Qərb müdaxilə edib, onu qloballaşdırdı. Avropa indi sanksiyalarla “özünü ayağından güllələyir”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*