Daxili işlər orqanlarında yeni təyinat olub.
KONKRET.az xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmri ilə Göygöl Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, mayor Yaqub Hüseynov tutduğu vəzifədən azad edilərək həmin şöbənin Sarısu Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
