Vilayət Eyvazov rəis müavinini sərəncama götürdübackend

Vilayət Eyvazov rəis müavinini sərəncama götürdü

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

KONKRET.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Cəlilabad Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Təyyar Rzaquliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Xatırladaq ki, 52 yaşlı T.Rzaquliyev 1991-ci ildə daxili işlər orqanları sıralarına qəbul olunub. Ağdam Rayon Polis Şöbəsində xidmət edib. 2010-cu ilə kimi cəbhə bölgəsində yerləşən Xocalı Rayon Polis Şöbəsində xidmət edib.

2010-cu il də Neftçala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. 2014-cü ildə xidmətini Salyan Rayon Polis Şöbəsində davam etdirib. 2018-ci ilin iyunundan indiyədək isə Cəlilalabad RPŞ-nin rəis müavini kimi xidmət edib./oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*