Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Vışqorod şəhərini rus işğalçılarından azad edib.
KONKRET.az xəbər verir ki, bunu martın 31-də keçirdiyi brifinqdə Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığı qərargahının rəis müavini, briqada generalı Aleksandr Qruzeviç deyib. O bildirib ki, müdafiə qüvvələri əks-hücumlarını davam etdirir.
“Ukrayna Silahlı Qüvvələri mühüm uğurlar əldə edib və hücum əməliyyatlarını davam etdirir. Düşünürəm ki, yaxın gələcəkdə bizi xoş xəbərlər gözləyir” – deyə Qruzeviç əlavə edib.
Bununla belə, briqada generalı əhalini çox rahatlanmamağa çağırıb.
“Çünki düşmənin cavab zərbəsi endirmək ehtimalı var. İlk növbədə, düşmənin şəhərlərin infrastrukturunu məhv etməyə davam etdiyi raket zərbələrindən ehtiyat etmək lazımdır” – Qruzeviç bildirib.
