Vladimir Vardanyan: “Ölüm hökmünün bərpası təşəbbüsü qəbuledilməzdir”backend

Vladimir Vardanyan: “Ölüm hökmünün bərpası təşəbbüsü qəbuledilməzdir”

“Baş prokuror Artur Davtyanın dövlətə xəyanətə görə cəza kimi ölüm hökmünün bərpası təklifini irəli sürməsinin heç bir məntiqi əsası yoxdur”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə hakim “Mülki müqavilə” partiyasının üzvü Vladimir Vardanyan deyib:

“Baş prokurorun təklifi məni o qədər təəccübləndirdi ki, əvvəlcə müvafiq nəşrləri saxta hesab etdim. Hər kəs Konstitusiya islahatları komissiyasına öz təklifini vermək hüququna malikdir. Lakin hər edilən təklif qəbul olunmur. Amma təklif ilk dəfədir ki, belə miqyasda təkrarlanır”.

Vardanyan qeyd edib ki, Avropa Şurasının ölüm hökmünün ləğvi məsələsi üzrə məruzəçisi olmaqla, hətta təşəbbüsün müzakirəsini də qəbuledilməz sayır. Onun sözlərinə görə, ən azı Avropa Şurası ərazisində ölüm hökmü köhnəlmiş hesab olunur və demokratik proseslərin məntiqinə sığmayan üsulla ədalət mühakiməsinin tam həyata keçirilməsinə töhfə vermir:

“Mən bu təklifə təəccüblənməkdən əl çəkmirəm. 2005 və 2015-ci illərdəki konstitusiya islahatları dövlətin bu mövqeyini təsdiqlədi. Üstəlik, ölüm hökmünün ləğvi bizim beynəlxalq öhdəliklərimizdə də öz əksini tapıb”.

Vardanyan qeyd edib ki, Ermənistanın ratifikasiya etdiyi ən azı iki müqaviləyə əsasən, ölüm hökmünün bərpası öhdəliklərə ziddir. O vurğulayıb ki, baş prokurorun təşəbbüsü fraksiyada müzakirə olunmayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*