Volodin: “Polşa Prezidenti mühakimə edilməlidir”backend

Volodin: "Polşa Prezidenti mühakimə edilməlidir"

“Polşa Prezidenti Anjey Dudanın Rusiyadan II Dünya müharibəsi üçün təzminat almaq istəyi Polşa xalqının azadlığı uğrunda canlarını qurban vermiş sovet vətəndaşlarının xatirəsini incidir”.

KONKRET.az  “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin teleqram kanalında yazıb.

Onun fikrincə, bu cür bəyanatlar faşizmin reabilitasiyasıdır və Rusiya qanunlarına əsasən cinayət məsuliyyəti yaradır.

“Bu gün Polşa yalnız ölkəmizin sayəsində bir dövlət kimi mövcuddur. Polyaklar ruslar, ukraynalılar və belaruslarla birlikdə həbs düşərgələrində məhv edilib. 1945-ci ilin yanvarında Varşava sakinləri sovet qoşunlarını gül-çiçək və göz yaşları ilə qarşıladılar. Xalqımız acından ölərək Polşaya kömək üçün ərzaq göndərdi”, – Volodin bildirib.

Onun sözlərinə görə, Rusiyanın cinayət məcəlləsində bu cür ifadələrə görə məsuliyyət nəzərdə tutulub.

“Hüquq-mühafizə orqanlarının Anjey Dudanın bəyanatını öyrənməsi və onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görməsi düzgündür”, – deyə Volodin yekunlaşdırıb.

Qeyd edək ki, Anjey Duda “Wprost” jurnalına müsahibəsində Polşanın Rusiyadan İkinci Dünya Müharibəsinə görə təzminat tələb etməsini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*