Erməni ekspert guya İranda azərbaycanlıların Azərbaycana qarşı etirazlara başladığını bildirib.
KONKRET.az xəbər verir ki, bunu erməni İranşünas Vardan Voskanyan teleqram kanalda yazıb.
“Ötən gün İranda, xüsusən də Atropatena (qədim Azərbaycan dövləti – red.) şəhərlərində keçirilən bayram yürüşləri zamanı görünməmiş hadisə baş verib: Azərbaycan hökumətinə qarşı çağırışlar edilib və eyni məzmunlu plakatlar peyda olub.
Azərbaycanlılar Bakının anti-İran siyasətinə qəzəb və etirazlarını bildiriblər. Onlar Azərbaycanın müxtəlif nümayəndələrinin səfirliyə qarşı əməliyyata istinad edərək “İranda 30 milyon azərbaycanlı ayağa qalxacaq” təhdidlərinə qara yumorla cavab veriblər: “30 milyondan , indiyə qədər yalnız biri qalxıb, səfirliyin əməkdaşlarından birini güllələyib, daha iki nəfəri yaralayıb səfirliyi “ələ keçirib”. Bəs 30 milyon qalxsa necə olacaq..?”, – deyə Voskanyan həmişəki kimi çərənləyib.
P.S. Türk düşməni ermənilər və farslar Azərbaycanın varlığına, əzəmətinə dözmədiklərinə, adını belə dilinə gətirmək istəmədiklərinə görə, Atropatena deyirlər. Yazıqlar anlamırlar ki, Atropatena Azərbaycan ərazisində mövcud olmuş qədim Azərbaycan dövlətidir. Və İranda əsl azərbaycanlılar heç bir zaman Azərbaycana qarşı çıxmaz, əksinə, canları, ürəkləri də Azərbaycanla döyünür. 1-2 nəfər qanıpozuq 30 milyonun adını batıra bilməz.
Xuraman Etibarlı,
KONKRET.az
