“WhatsApp”da YENİLİK – Mesajları 15 dəqiqə ərzində redaktə etmək olacaqbackend

"WhatsApp"da YENİLİK - Mesajları 15 dəqiqə ərzində redaktə etmək olacaq

“WhatsApp” messenceri istifadəçilərə mesajları göndərildikdən sonra 15 dəqiqə ərzində redaktə etməyə icazə verib.

KONKRET.az xəbər verir ki, bu barədə bazar ertəsi messencerin saytında məlumat verilib.

“Biz sizə söhbətlər üzərində daha çox nəzarət imkanı verməkdən məmnunuq – yazı səhvini düzəltməkdən mesaja yeni məzmun əlavə etməyə qədər. Siz sadəcə redaktə edəcəyiniz mesajın üzərinə klikləməlisiniz və göndərildikdən sonra 15 dəqiqə ərzində müvafiq funksiyanı seçməlisiniz,” – “WhatsApp” bildirib.

Bu funksiya bütün dünyada əlçatan olacaq, lakin tədricən istifadəyə veriləcək. Bəzi bölgələrdə – hansı, mesajda deyilmir – mesajları redaktə etmək imkanı bir neçə həftə ərzində görünəcək.

Mesaj redaktə funksiyası “WhatsApp” istifadəçilərinin ən əsas istəklərindən biridir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*