ABŞ Çinlə hərbi qarşıdurma olacağı təqdirdə qalib gələ bilməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesablamalarına istinadən yazıb.
Bildirilib ki, Ukrayna ətrafındakı vəziyyət ABŞ hərbi-sənaye kompleksinin problemlərini üzə çıxarıb.
Qeyd edilib ki, ABŞ hərbi-sənaye şirkətləri maliyyə risklərinə görə silah-sursat istehsalı üçün Pentaqonla uzunmüddətli müqavilələr bağlamaq istəmir.
Bundan əlavə, müxtəlif materialların və komponentlərin, həmçinin alüminium, titan, mikroelektronikanın əldə edilməsi ilə bağlı problemlər var.
Araşdırmanın müəllifləri bildiriblər ki, “Patriot” zenit-raket kompleksləri və “Tomahawk” qanadlı raket sistemlərinin yerləşdirilməsi illər çəkə bilər.
Qeyd edək ki, ABŞ 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsərək ÇXR ilə əlaqələr qurub. Vaşinqton “vahid Çin” siyasətini tanımaqla yanaşı, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir və adaya silah verir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2-3 avqust tarixlərində adaya səfərindən sonra bölgədə gərginlik ciddi şəkildə artıb.
İqbal Rzayev,
KONKRET.az
