Xaçmazın Yergüc kəndində bıçaqlanma baş verib.
KONKRET.az xəbər verir ki, “Report”un Şimal bürosunun məlumatına görə, 1974-cü il təvəllüdlü Cəfər Sadiq oğlu Adayev ürək və boğaz nahiyələrindən üç bıçaq xəsarəti alıb.
Yaralı təcilli tibbi yardım briqadasının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
