Bu saatlarda Xaçmaz rayon Ləçət kənd qəbiristanlığında yanğın baş verib. KONKRET.az-ın bölgə müxbiri xəbər verir ki, məzarlıq ərazidə olan quru kol-kosun yanması səbəbindən alovlanıb. Əraziyə FHN-in Xaçmaz Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını cəlb edilib. Yanğın qısa zaman ərzində məhdudlaşdırılıb.
CƏLAL
