Xaçmazda transformatorlar artıq hasarlanır – Şikayətdən sonra – FOTO – VİDEObackend

Xaçmazda transformatorlar artıq hasarlanır - Şikayətdən sonra - FOTO - VİDEO

Xaçmazda mühafizə zolağı ilə əhatə olunmayan transformatorlar artıq hasarlanır.

Ötən həftə saytımızda “Xaçmazda ölüm saçan transformatorlar” başlıqlı yazı dərc etmişdik.

KONKRET.AZ -ın işıqlandırmasından sonra problem həllini tapıb.

Qeyd etdək ki, rayon ərazisində yerləşən bir neçə transformator mühafizə zolağı ilə əhatə olunmayıb. Sözügedən elektrik paylayıcıları sakinlər üçün böyük təhlükə mənbəyidir.

Bu gündən rayon ərazisində bir neçə transformatorun hasarlanması işlərinə başlanılıb. Xaçmaz Elektrik Şəbəkəsi 20-dən artıq transformatoru mühafizə zolağı ilə əhatələyir.


Müxbir: Cəlal FƏRZƏLİYEV, Günel MÜSEYİB

Bir cavab yazın