Xaçmazda yaşayış evində yanğın baş verdibackend

Xaçmazda yaşayış evində yanğın baş verdi

Xaçmaz rayonunda yaşayış evində yanğın baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Qıraqlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Teyfur Bayramova məxsus ikimərtəbəli yaşayış evinin ümumi 65 kvadratmetri yanıb. Əraziyə cəlb olunan Xaçmaz Dövlət Yanğından Mühafizə hissəni 2 yanğınsöndürən maşını və canlı qüvvəsi yağının daha geniş əraziyə keçməsinin qarşısını alıb.

Hadisənin səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*