Aprelin 18-də saat 09:30 radələrində Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (kişi cinsli) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
“Onlara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Hazırda xəsarət alan şəxslərə zəruri tibbi yardım və instrumental müayinələr icra edilir və onların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan bir nəfərin vəziyyəti ağır digər 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir”, məlumatda deyilir.