Xaçmazın kəndlərində elektrik enerjisi niyə kəsilib? – RƏSMİ AÇIQLAMAbackend

Xaçmazın kəndlərində elektrik enerjisi niyə kəsilib? - RƏSMİ AÇIQLAMA

Xaçmaz Rayon İcra Hakimiyyəti rayonun əksər yaşayış məntəqələrində enerji olmaması məsələsinə münasibət bildirilib.

KONKRET.az xəbər verir ki, Bizim.Media-nın məlumatına görə, elektrik enerjisinin kəsilməsi meşə yanğını ilə bağlıdır:

“Hazırda əsas məsələ meşə fondumuza daha çox ziyan dəyməsinin qarşısını almaq, yanğını söndürməkdir. Yanğını tam söndürdükdən sonra kəndlərə enerji verilişi hissə-hissə bərpa ediləcək”.

Qeyd edək ki, yanğın səbəbindən magistral elektrik xəttinin keçdiyi ərazilərdə yerləşən kəndlərə elektrik energisi verilişi təhlükəsizlik baxımından dayandırılıb. 

Analoji problem ötən gün Şabranda baş verən yanğın zamanı da yaşanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*