Xamneyidən Ramazan əfvi – hərbi cinayətkarlar bağışlandıbackend

Xamneyidən Ramazan əfvi - hərbi cinayətkarlar bağışlandı

İranın Məhkəmə Hakimiyyətinin rəhbəri İbrahim Rəisi 3721 məhkumun əfv olunması ilə əlaqədar Ali Rəhbər Ayətullah Əli Xamneyiyə müraciət edib.

KONKRET.az xəbər verir ki, İranın Ali Rəhbəri müraciətə müsbət cavab verərək Ramazan bayramı münasibətilə əfv fərmanı imzalayıb.

Fərmana əsasən bir sıra məhkumlar azadlığa buraxılıb, digərlərinin isə məhkumluq müddəti azaldılıb.

Yerli mətbuatın yazdığına görə azadlığa buraxılanlar arasında hərbi cinayətlərlə həbs olunanlar da var.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*