2020-ci il dövlət büdcəsi layihəsində xarici məktəblərdə erməni dilinin tədris xərclərinin 70% artırılması nəzərdə tutulub. KONKRET.az xəbər verir ki, bu barədə bu gün dövlət büdcəsi layihəsinin müzakirəsində “Mənim addımım” fraksiyasının üzvü Varazdat Karapetyan söyləyib.
Onun sözlərinə görə, xərclərin bu maddəsində kəskin artım hazırkı hökumətin erməni dilinin öyrənilməsi məsələsinə münasibətini əyani şəkildə nümayiş etdirir, bu, xüsusilə erməni dili və ədəbiyyatının universitetlər üçün tələb olunan fənlər siyahısından çıxarılması ilə bağlı müzakirələr fonunda olduqca vacibdir.
“Bu baxımdan universitetlərdə erməni dilinin məcburi öyrənilməsi mövzusundakı müzakirələrin fərqli bir istiqamətə çevrilməli olduğunu düşünürəm. Əslində bu təşəbbüs universitetlərə cari məsələdə akademik müstəqillik təmin etməkdən ibarətdir. Universitetlər özləri hansı erməni dilindən söhbət getdiyini seçməlidirlər. Məktəbdə hamımız erməni dilini öyrənməliyik, universitetdə öyrənməyi davam etdirməliyik, amma bu öyrənmə hamı üçün eyni ola bilməz.
İnformasiya texnologiyası yönümlü universitetdə bir cür, biologiya fakültəsində başqa cür. Universitetlər bu məsələyə tam fərqli yanaşmalıdırlar. Əminəm ki, Təhsil Nazirliyinin qərarı da məhz budur və düşünürəm ki, bu, çox sağlam bir yanaşmadır”, – deyə Karapetyan bildirib.

Ermənilər və onların erməni dilləri bizim ən böyük dusmənimizdir