XƏBƏRDARLIQ: Bu fəaliyyətlə məşğul olan şəxslər 2 min manat cərimələnəcəkbackend

XƏBƏRDARLIQ: Bu fəaliyyətlə məşğul olan şəxslər 2 min manat cərimələnəcək

Artıq “ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq.

Maraqlı məqam isə budur ki, vətəndaşların ƏDV-ni geri ala bilməsi üçün bu müəssisələr mütləq şəkildə kassa aparatı vasitəsilə fiskal qəbz təqdim etməlidirlər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu obyektlər vətəndaşa mütləq qəbz verməlidir. Əks halda, bu, vergidən yayınma kimi qiymətləndirilir və inzibati məsuliyyət yaradır:

Hüquqşünas Tağı Hüseynov: "Qadın corabımı geydirməli, ayaqqabımı  təmizləməlidir" Pravda.az

“İlk dəfə qayda pozulduqda sahibkar 800 manatdan 1200 manatadək, təkrar hal olduqda isə 1500 manatdan 2000 manatadək cərimə olunur.”

Hüquqşünas əlavə edib ki, qəbzsiz xidmət göstərmək halları dəfələrlə təkrarlanarsa, obyektin fəaliyyətinin müvəqqəti dayandırılması da mümkündür.

Beləliklə, vətəndaşlar ƏDV-ni yalnız fiskal qəbz təqdim olunan xidmətlərdən geri ala biləcəklər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*