Xədicə İsmayıl Cəmil Həsənlinin BIĞINA da HÖRMƏT qoymadı – ƏTRAFLIbackend

Xədicə İsmayıl Cəmil Həsənlinin BIĞINA da HÖRMƏT qoymadı - ƏTRAFLI

Özünü Milli Şuranın sədri kimi təqdim edib Yasamaldakı stadionlarda hakimiyyətə gəlmək istəyən Cəmil Həsənlinin səsi bir müddət qısılmışdı. Amma o, hazırda bığ saxlayıb və bəzi “YouTube” kanallarında müsahibə verir. Əvvəllər bığı hər adam saxlamazdı, bığın kəsilməsi təhqir hesab olunardı və s.

Cəmil Həsənlinin bığ saxlaması Polat Alemdarın sima dəyişərək mafiyaya keçməsinə oxşadı. Yəqin qonum-qonşuda tanınmaz hala gəlmək üçün bığlanıb. Kaş ki, ağıllanıb da deyə biləydik. Özü kimi ardıcıl mövqe dəyişən Xədicə İsmayılla eyni proqramda səsləndirdiyi fikirlər isə bunu deməyə əsas vermir.

Belə ki, Cəmil Həsənli rəsmi Bakını Putin siyasətinin bir qolu, hətta indiki Azərbaycanı Kremlin forpostu adlandırıb. Xədicə İsmayıldan çıxmayan iş, elə burdaca Cəmil Həsənlinin bığını, daha doğrusu, sözünü kəsdi:

“Dünən Fəzail Ağamalı verilişimizdə qonaq idi və Rusiyanı düşmən adlandırdı, dövlət kanalına baxırıq və orada deyirlər ki, rus sülhməramlılar yararsızdır, yağıdır. Dövlət propoqandası Rusiya haqqında tənqid fazasına keçib. Hətta Elçibəy dönəminin televiziyasını xatırladır”.

Cəmil Həsənli isə danışdıqca batırdı:

“Bilirsiniz, Fəzaildir, telekanallardır, onlara göstəriş gələndə Rusiyanı tənqid edirlər”.

Xədicə də Cəmili növbəti dəfə pərt etdi ki, dövlət tərəfindən belə göstərişin verilməsi Azərbaycanın Rusiyanın forpostu olması ilə uyğun gəlmir. İkisinin debatında “xədicəmil” vəziyyəti yarandı, yəni müxalif sayılan kəslərdən biri digərinin yalanını ifşa etdi və Həsənli azad media hop-gopuna start verdi. Bəlkə də heç qızının videosunu görəndə bığı bu qədər tərləməmişdi.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*