Xəlifə Haftar beynəlxalq konfransda telefonu söndürdü və yoxa çıxdıbackend

Xəlifə Haftar beynəlxalq konfransda telefonu söndürdü və yoxa çıxdı

KONKRET.az xəbər verir ki, Berlin konfransı zamanı Liviya Milli Ordusunun komandanı, marşal Xəlifə Haftar telefonu bağlayıb və yoxa çıxıb.

“O, qəribə davranırdı:  telefonu söndürdü, onunla əlaqə yaratmaq mümkün olmadı, heç kimə xəbərdarlıq etmədən getdi”, – deyə “RİA Novosti” agentliyinin həmsöhbəti danışıqlar zamanı Haftarın davranışı barədə ətraflı məlumat verib.

Mənbənin sözlərinə görə, barışıq imzalamaqdan imtina edən də məhz marşal olub.

Bundan əvvəl “Kommersant” yanvarın 19-da Berlində Liviyadakı vəziyyətlə bağlı keçirilmiş beynəlxalq konfransın uğursuzluğa düçar olduğunu açıqlamışdı.

Konfransdan sonra bütün ölkələrin rəhbərləri hava limanına yola düşüb, brifinqdə yalnız qəbul edən tərəfin nümayəndəsi – Almaniya kansleri Angela Merkel və BMT-nin baş katibi Antonyo Quterres qalıb.

“Ancaq digər tərəfdən, Angela Merkel insanlara başqa nə deyə bilərdi ki? Berlin Konfransı gözlənildiyi kimi uğursuz oldu?” – deyə nəşrdə bildirilib.

Qeyd edək ki, Liviyadakı vəziyyətin tənzimlənməsi mövzusunda beynəlxalq konfrans yanvarın 19-da Berlində baş tutub. Danışıqlarda Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə, Misir liderləri, həmçinin BMT baş katibi, Avropa Komissiyasının rəhbəri və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Konfransdan sonra tərəflər Liviyadakı bir sıra problemlərin həllini təmin edən yekun sənəd barədə razılığa gəlib.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*