Xəzər dənizinə görə fövqəladə vəziyyət ELAN EDİLDİbackend

Xəzər dənizinə görə fövqəladə vəziyyət ELAN EDİLDİ

Xəzər dənizinin dayazlaşması ilə əlaqədar Qazaxıstanın Aktau şəhərində təbii fövqəladə vəziyyət elan edilib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Aktau akimliyindən (qubernatorluğu) bildirilib.

Qeyd olunub ki, bu qərar mümkün fövqəladə vəziyyətin qarşısını almaq üçün qəbul edilib:

“Xəzər dənizinin dayazlaşması yerli fövqəladə vəziyyətin elan edilməsinə səbəb olub. Bu qərar iyunun 7-də saat 15:00-da Aktau Fövqəladə Halların Qarşısının Alınması və Ləğv edilməsi Komissiyası tərəfindən qəbul edilib”.

Şəhər rəhbərliyi layihə-axtarış işlərinin aparılması üçün tədbirlərin görüldüyünü bildirib.

Məlumata görə, qəbul edilmiş qərar Mangistau Atom Elektrik Stansiyasının (MAEK) işinə təsir etməyəcək, elektrik enerjisi və su təchizatı adi rejimdə aparılacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*