Bakının Xəzər rayonunda 22 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
KONKRET.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Sultanlı Əli Cəmşid oğlu xəsarət alıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
