Xəzərin dibi ilə kabel çəkirlərbackend

Xəzərin dibi ilə kabel çəkirlər

“Orta dəhliz üzrə yükdaşımı davam etdirilir. Eyni zamanda Xəzər dənizinin dibi ilə fiber-optik xətt çəkilişi üzrə işlər də davam etdirilir. Bu prosesin növbəti il başa çatdırılması gözlənilir.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qazaxıstan ekspert şürasının 4-cü iclasında Qazaxıstanın Azərbaycandakı səfiri deyib.

Diplomat yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafına töhfə verdiyini bildirib:

“Qazaxıstanın istehsal etdiyi yaşıl enerjinin Azərbaycan üzərindən Avropaya ixracının başlaması üzrə işlər davam etdirilir. 2025-ci ilin 1-ci rübündə Azərbaycanın buğda idxalında Qazaxıstanın payı 80 faiz təşkil edib. Bu qarşılıqlı ticarətin ildən-ilə artdığını göstərir. Bu ilin yayında Azərbaycanın ərzaq təhlükəsizliyi üzrə İslam təşkilatına üzv olmasını gözləyirik. Ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*