Xilasedicilər çətin keçilən ərazidən 1 nəfərin meyitini çıxardıbackend

Xilasedicilər çətin keçilən ərazidən 1 nəfərin meyitini çıxardı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində 1 nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən KONKRET.az-a verilən xəbərə görə, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Çətin keçilən ərazidən meyiti tapılan şəxs rayonun  Qızılca kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramovdur.

Faktla bağlı adaşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*