Evində ölü tapılan şəxs tanınmış jurnalistin oğludur – FOTO / YENİLƏNİBbackend

Evində ölü tapılan şəxs tanınmış jurnalistin oğludur - FOTO / YENİLƏNİB

Bu gün Abşeron rayonu Xırdalan şəhərində mənzildə meyit aşkarlanıb.

KONKRET.az xəbər verir ki, Xırdalan şəhərində mənzildən meyiti tapılan 50 yaşlı Əfəndiyev Nofəl Ağamalı oğlu tanınmış jurnalist Ağamalı Sadiqin oğludur. Məlumata əsasən N. Əfəndiyev bir neçə il əvvəl beyin əməliyyatı keçirib.

Mərhumun sabah doğulduğu Qazax rayonu Qaymaqlı kəndində dəfn ediləcəyi bildirilir.

19:02

Abşeron rayonu, Xırdalan şəhərində bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar evin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Əfəndiyev Nofəl Ağamala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*