Xırdalanda obyekt yandıbackend

Xırdalanda obyekt yandı

Xırdalanda obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*